AZ

Məşhur müğənni "qara siyahı"ya alınıb

Avstraliya hakimiyyət orqanları sanksiya tətbiq edilən Rusiya vətəndaşlarının və şirkətlərinin siyahısını dərc edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, siyahıya rus estradasının məşhur nümayəndələri də daxildir: Filipp Kirkorov, Nikolay Baskov, Oleq Qazmanov və Nikolay Rastorquev.

Rusiya vilayətlərində uşaq hüquqlarının müdafiəçiləri, bir sıra qubernatorlar, Federasiya Şurasının üzvləri, ictimai xadimlər də siyahıya daxil edilib.

Siyahının bir hissəsi jurnalistlərə, media menecerlərinə və şou-biznes nümayəndələrinə həsr olunub. Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov da sanksiyaya məruz qalıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
2
sia.az

3Mənbələr