AZ

Azərbaycanda 15 yaşlı qız zorla bibisi oğlu ilə EVLƏNDİRİLİR- Nənəsindən ŞOK İDDİA - FOTO

Azərbaycanda 15 yaşlı qız zorla bibisi oğlu ilə EVLƏNDİRİLİR- Nənəsindən ŞOK İDDİA - FOTO

Azərbaycanda daha 15 yaşlı qız ailəsi tərəfindən zorla ərə verilir.

Sonxeber.az xəbər verir ki, bunu ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinə müraciər edən 15 yaşlı qızın nənəsi İlhamə adlı qadın bildirib.

Qadın vurğulayıb ki, qızları onu çölə atıb:

"Qızım 15 yaşlı nəvəmi zorla baldızı oğluna ərə verir. Onlar Şəmkirin Sabirkənd kəndində yaşayır. Martın 11-i nəvəmin toyudur. Biz bir söz deyən ki, bizi döyüb çölərə atırlar. Nəvəm 9-cu sinifdə oxuyur. Hazırda uşaq oğlanın evindədir. Toy martın 11-i və 12-si olacaq. Qızımın adı Gülnarə Yusifovadır. Mən nəvəmi qoruduğuma görə dəfələrlə döyülmüşəm. Bundan əvvəl nəvəmi başqa bir oğlana ərə verirdilər. Məktəb şikayət etdiyinə görə evlilik baş tutmadı. Bu dəfə də bibisi oğlu ilə evləndirirlər. Guya heç kim başa düşməyəcək ki, nəvəm evləndirilir. Bütün kənd nəvəmin toyundan danışır".
Azərbaycanda

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
310
50
sonxeber.az

10Mənbələr