AZ

Benzia “Liverpul”u arzulayır

“Qarabağ”ın futbolçusu Yassin Benzia Avropa Liqasının pley-off mərhələsində “Braqa”nı üstələyərək 1/8 finala adlamaqları barədə danışıb.

29 yaşlı yarımmüdafiəçi Bakıdakı cavab görüşündən sonra jurnalistlərə açıqlamasında söyləyib: “Qəliz oyun idi. Biz bu gün mübarizə apardıq və tarix yazdıq. Çox möhtəşəm hisslər yaşayırıq”.

O, 1/8 finalda “Liverpul”la qarşılaşmağı arzuladığını söyləyib: “Bilirik ki, sonraki rəqiblərimiz böyük olacaq. Potensial rəqiblərimiz top-klublardır. Mən isə “Liverpul”u görmək istəyərdim. Gözləyək, görək, püşkatmanın nəticəsi necə olacaq. Biz hər bir rəqibə hazırıq”.

Qeyd edək ki, 1/8 final mərhələsinin püşkatma mərasimi bu gün Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
3
futbolinfo.az

3Mənbələr