AZ

Konfrans Liqası: 1/8 finala son vəsiqə qazanan komandalar müəyyənləşib

Bakı. Trend:

UEFA Konfrans Liqasında pley-off mərhələsi başa çatıb.

Trend-in məlumatına görə, cavab oyunlarından sonra 1/8 finalavəsiqə qazanan daha 7 komanda bəlli olub.

Beləliklə, İsrailin "Makkabi" (Hayfa) komandasından sonraİsveçrənin "Servett", Xorvatiyanın "Dinamo" (Zaqreb), Niderlandın"Ayaks", Avstriyanın "Şturm", Norveçin "Molde", Yunanıstanın"Olimpiakos" və Belçikanın "Union" klubları növbəti raundaadlayıblar.

Qeyd edək ki, Konfrans Liqasında daha əvvəl İngiltərənin "AstonVilla", Belçikanın "Brügge", Türkiyənin "Fənərbağça", İtaliyanın"Fiorentina", Fransanın "Lill", İsrailin "Makkabi" (Təl-Əviv),Yunanıstanın PAOK və Çexiyanın "Viktoriya" (Plzen) komandaları qruplideri kimi 1/8 finala birbaşa vəsiqə əldə ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
3
az.trend.az

4Mənbələr