AZ

Sabahın hava proqnozu açıqlandı

Fevralın 21-də Azərbaycanda havanın yağıntılı olacağı, bəzi yerlərə qar yağacağı gözlənilir.

Publika.az xəbər verir ki, bu barədə Milli Hidromoterologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gün ərzində bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı ehtimalı var. Gecə və səhər zəif duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-5° isti, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
351
49
publika.az

10Mənbələr