AZ

Ronaldonun Corcinası Ərəbistanda boş dayanmır: Bu rəqsi öyrənir - VİDEO

Tarix: 20 Fevral 2024 07:40

Corcina Rodrigez Səudiyyə Ərəbistanına köçdükdən sonra sıxılmır. Çünki köhnə hobbilərindən əl çəkmir.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, "Əl-Nəsr"də çıxış edən Kriştiano Ronaldonun nişanlısı sevimli peşəsi olan rəqs etməklə məşğul olmağa davam edir. O, bu sahədə inkişaf etmək istəyir.
Argentinalı model baçata məşqindən bir video paylaşıb. Corcina peşəkarların rəhbərliyi ilə rəqslə məşğul olur. O, təkcə solo deyil, həm də cüt formada rəqs edir.
Rəqs məşğələləri onların Ər-Riyaddakı evlərində baş tutur.
Milli.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
205
32
sonxeber.net

10Mənbələr