AZ

"Ermənistan sağlam məntiqə deyil, onu idarə edən qüvvələrin iradəsinə tabedir" - EKSPERT AÇIQLADI

Ermənistan ordusunda köklü dəyişikliklər aparılır. Düşmən təxribat etmək üçünmü hazırlıq görür? SİA mövzu ilə bağlı hərbi ekspert Ədalət Verdiyevin fikrini öyrənib.Onun sözlərinə görə, Ermənistan tərəfindən təxribatları hər zaman diqqətdə saxlanılır: “Nə bu dəyişikliklər zamanı, nə əvvəl, nə də sonra düşmənin təxribat törədəcəyini istisna etmək olmaz. Çünki Ermənistan sağlam məntiqlə deyil, onu idarə edən qüvvələrin iradəsi ilə idarə olunur. Onlardan hansı göstəriş gəlirsə, bu Ermənistanın ziyanına olsa belə bu addımları atır. Son təxribatlarda da media bu görüntüləri ictimaiyyətə təqdim etdi”.Ekspert bildirib ki, Ermənistan ordusundakı dəyişiklikləri isə erməni ordusundakı nizam-intizam problemi ilə əlaqələndirmək olar: “Çünki baş verən proseslərdə Nikol Paşinyan icazəsiz şəkildə Azərbaycan tərəfinə atəş açılması, təxribat törədilməsi məsuliyyətini üzərindən atmaq məcburiyyətindədir. Bu məsuliyyəti üzərindən atmaq üçün ən rahat yol orduda müəyyən generalları vəzifədən uzaqlaşdırmaqdır. Bildiyimiz kimi erməni ordusunda xidmət edən generalların əksəriyyəti 2020-ci ildə müharibədə məğlubiyyətdən sonra Paşinyanın vəzifədən getməsi üçün bəyanat imzalamışdılar. Ermənistan rəhbərliyi də 40-a yaxın generalın kiçik bir hissəsini vəzifədən uzaqlaşdıra bilmişdi. Qalanları xidmət etməkdə idilər. İndi Paşinyan həmin generalları köhnə səhvlərinə görə atəşkəs pozuntusu təxribatı bəhanəsi ilə cəzalandırır. Kimin son təxribatlarla əlaqəsi varsa onları kənarlaşdırmaqla sanki özünü təmizə çıxarmağa çalışır. Çünki dünən səslənən və ondan əvvəl cənab Prezidentin verdiyi bəyanatlar Ermənistan üçün çox ciddi mesaj olmalıdır. Ermənistan siyasi hakimiyyəti məsuliyyəti öz üzərindən atmaq üçün hərbi komandanlıqdan bir neçə nəfəri dəyişir”.Müəllif: Rəşid Qarayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
226
50

1Mənbələr

Şərh ()
Bağla