Sumqayıt şəhərində ümumi sahəsi 200 m² olan plastik boru istehsalı sexinin dam örtüyünün taxta atmaları 10 m² sahədə və içərisində taxta tullantıları 10 m² sahədə yanıb.
Pravda.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Tarix: 4 Fevral 2024, 09:15