AZ

“Qalatasaray”ın futbolçusu “Roma”da

 

“Roma” müdafiə xəttini gücləndirib.

 

Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi müqavilə ilə “Leypsiq”ə məxsus olan Anxelinyonu icarəyə götürüb.

 

İspaniyalı futbolçu “Roma”da mövsümün sonuna qədər oynayacaq. Müqavilədə satınalma şərti də var. İtaliya klubu mövsümün sonunda 5 milyon avro ödəyərək futbolçunun transfer hüququnu ala bilər.

 

Anxelinyo mövsümün ilk yarısını icarə əsasında “Qalatasaray”da keçirib. O, İstanbul klubunda 19 matçda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
174
28
rekord.az

10Mənbələr