AZ

Bakının mərkəzində yanğın -VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Xəqani küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Redaktor.az xəbər verir ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində dördmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 50m² olan ikiotaqlı mənzilin mətbəxində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində mətbəxdə olan 1 ədəd qabyuyan, 1 ədəd paltaryuyan maşın və qaz sobası yanıb. Mənzil yanğından mühafizə olunub.

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
182
50
redaktor.az

10Mənbələr