AZ

Prezident seçkilərində səsvermə günü “exit-poll” keçirmək üçün 3 müraciət olub

Növbədənkənar prezident seçkilərində səsvermə günü “exit-poll” keçirmək üçün 3 müraciət olub.

AZƏRTAC xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. 

O bildirib ki, onlardan biri Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasıdır. Onlar 40 dairədə 500 məntəqədə “exit-poll” keçirmək istəyirlər. İkincisi, Rəy Monitorinq Mərkəzidir ki, onlar 200 məntəqədə “exit-poll” keçirmək niyyətindədirlər.

Sosial Tədqiqatlar Mərkəzi isə 25 dairədə, 125 məntəqədə “exit-poll” keçirməyi planlaşdırır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
217
50
yeniazerbaycan.com

10Mənbələr