AZ

Ermənistan-Türkiyə sərhədindəki keçid məntəqəsinin inşası tamamlandı


Ermənistan Türkiyə ilə sərhəddə yerləşən “Marqara” keçid məntəqəsinin tikintisini başa çatdırıb.
Yeniavaz.com
Ermənistan KİV-ə istinadla xəbər verir ki, bu barədə mətbuat konfransında Dövlət Gəlirləri Komitəsinin sədr müavini Karen Tamazyan məlumat verib.
“Gömrük və texniki imkanlar, pasport nəzarəti, o cümlədən sərhəd xidməti baxımından sərnişinlərə lazımi şəkildə xidmət göstərilməsi üçün bütün infrastruktur hazırdır”, - deyə o qeyd edib.
Qeyd edək ki, Ermənistan və Türkiyəyə səfər edən üçüncü ölkə vətəndaşlarının Ermənistan-Türkiyə quru sərhədini keçmək imkanlarının təmin edilməsi barədə razılıq 2022-ci il iyulun 1-də Vyanada əldə olunub.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
1
yeniavaz.com

2Mənbələr