AZ

ABB-nin TamEco layihəsi milli KSM mükafatına layiq görüldü

Bakı. Trend:

Ölkəmizdə artıq 5-ci ildir təqdim olunan Milli KSM Mükafatınınbuilki qalibləri açıqlanıb. ABB-nin TamEco layihəsi "İqlimdəyişikliyinə qarşı mübarizə" nominasiyası üzrə Milli KSMmükafatına layiq görülüb.

"İqlim dəyişikliyinə qarşı mübarizə" BMT-nin dayanıqlı inkişafməqsədlərindəndir. “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” olmaqAzərbaycanın da 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beşmilli prioritetindən biri kimi müəyyənləşib. Həmin prioritetə uyğunolaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası vəartırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindənsəmərəli istifadənin təmin edilməsi istiqamətində işləraparılır.

İqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalqhəmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycan RespublikasıPrezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamı əsasında2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elanedilib. Xatırladaq ki, ölkəmiz 2024-cü ildə BMT-nin İqlimDəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyasına – COP29 kimi mötəbər bir tədbirə də ev sahibliyiedəcək.

ABB-nin TamEco layihəsi də bu istiqamətdə həyata keçiriləndövlət siyasətinə ictimai dəstəkdir. Layihə 2022-ci ildənbaşlayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Visabeynəlxalq ödəniş təşkilatı ilə tərəfdaşlıq əsasında hazırlanmaqlareallaşdırılıb. Layihəyə əsasən, müştərilər ABB-dən TamEco kartısifariş verdikdə hər karta görə bir ağac əkilməsi imkanı yaranıb.Ağac tinglərinin alınması üçün ianə ödənişini müştərilərin adındanBank öz üzərinə götürüb. Beləliklə, ABB-dən bir TamEco kartısifariş etmiş hər müştəri bununla ölkəmizdə bir ağac böyütmüş olub.Layihə çərçivəsində Azərbaycan ərazisində ümumən 36 000 ağacəkilib.

TamEco kartının özü də dünya okeanından toplanmış təkrar emalolunan plastik materialdan hazırlanıb. Bu, Visa-nın bazasında təkcəAzərbaycanda deyil, ümumən Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq vəAfrika regionunda təqdim olunan ilk eko kartdır.

Milli KSM Mükafatının mükafatlandırma komissiyasının tərkibindəbir çox dövlət qurumları təmsil olunur. Layihənin əsas məqsədiölkəmizdə həyata keçirilən korporativ sosial məsuliyyət (KSM)layihələrinin və xeyriyyəçilik işlərinin sayının artırılmasınatəkan vermək, həmçinin KSM layihələri həyata keçirən şirkətlərinfəaliyyətini daha geniş miqyasda təqdir etməkdir.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədəməlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/rəsmi internet səhifəsindən, ABB mobile tətbiqindən və ya 937nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəkikorporativ səhifələrindən əldə etmək olar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
15
az.trend.az

10Mənbələr