AZ

Ağdamın Salahlı Kəngərli kəndi tarixi ənənələri qorunmaqla müasir üslubda inşa ediləcək

Ağdam, 27 dekabr, T.Ağaməmmədov, AZƏRTAC

Ağdam rayonunun Salahlı Kəngərli kəndi tarixi ənənələri qorumaqla müasir üslubda inşa ediləcək. Kənddə enerji daşıyıcılarına qənaət etmək məqsədilə alternativ enerjidən istifadə olunması nəzərdə tutulur.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev deyib.

O bildirib ki, Salahlı Kəngərli kəndinin ümumi ərazisi 178 hektara yaxındır. Kənddə 1376 nəfərin məskunlaşması nəzərdə tutulur. Layihə üzrə kənddə, ümumilikdə 418 ev tikiləcək. Kənddə məskunlaşacaq əhalinin yaşayış yükünü nəzərə alaraq, məhəllələrin salınmasının birinci mərhələsi üçün 99 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə kəndə 850 nəfərin köçürülməsi üçün 150 evin tikilməsi planlaşdırılır.

Salahlı Kəngərli kəndində 480 şagird yerlik məktəb, 80 yerlik uşaq bağçası və digər sosial obyektlər inşa olunacaq. Kənddə əhalinin məşğulluğunun təmin edilməsi üçün də hər cür şərait yaradılacaq. Burada əhali müxtəlif təyinatlı obyektlərdə və kənd təsərrüfatı sahələrində işlə təmin olunacaqlar.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
43
azertag.az

10Mənbələr