AZ

Ümummilli Lider Heydər Əliyevin zəngin irsinə dair turizm marşrutunun təqdimatı ilə əlaqədar Naxçıvana mediatur təşkil olunub - FOTOLAR

NUHÇIXAN xəbər verir ki, dekabrn 25-də Dövlət Turizm Agentliyi tərəfindən Ümummilli Lider Heydər Əliyevin zəngin irsinə dair turizm marşrutunun təqdimatı ilə əlaqədar Naxçıvan Muxtar Respublikasına mediatur təşkil olunub.



Mediatur iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, unudulmaz xatirəsini dərin ehtiramla yad ediblər. 
Sonra mediatur iştirakçılarının Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşü keçirilib.
Daha sonra qonaqlar Heydər Əliyev Muzeyinə gələrək dahi şəxsiyyətin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.
Qeyd edək ki, 2 gün davam edəcək mediatur çərçivəsində Naxçıvanın bir sıra mədəniyyət abidələri ilə tanışlıq olacaq.








Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
334
12
nuhcixan.az

10Mənbələr