AZ

Qalib Lider, Müzəffər Ali Baş Komandan İlham Əliyev qətiyyətinin zirvəsi – Qarabağ Azərbaycandır! TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: "Biz onlara sübut etdik ki, Qarabağ Azərbaycandır!"

Lider o şəxsiyyətdir ki, ona etimad göstərmiş xalqın maraqlarını bütün imkanları ilə müdafiə edir, reallaşdırır, cəmiyyətin enerjisinin səfərbər edilməsilə insanların taleyində əhəmiyyətli faktora çevrilir. Bəli, məhz 2003-cü ilin 15 oktyabr tarixində demokratik qaydada keçirilən seçkilərdə səsvermə hüququna malik olan vətəndaşların 71.5%-nin Yeni Azərbaycan Partiyasının namizədi, partiya Sədrinin birinci müavini, Azərbaycan Respublikasının Baş naziri İlham Əliyev cənablarına səs verməklə bir daha xalqın düzgün seçim etdiyini təsdiqlədi. Azad, ədalətli və şəffaf şəkildə keçirilən seçkilərdə İlham Əliyev ümumi seçicilərin 2 milyon 438 min 787 nəfərin səsini qazanaraq, yəni 76.84% faizdən çox səs toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. Prezident seçilən cənab İlham Əliyev 31 oktyabr tarixində andiçmə mərasimində bu vədini də vermişdi: "Mən bu gün bu yüksək kürsüdən əziz Prezidentimiz cənab Heydər Əliyevə müraciət edərək deyirəm: Əziz Prezident, əsəriniz olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik".

Cənab İlham Əliyevin ilk dəfə Prezident seçildiyi vaxtdan bizləri 20 illik zaman ayırır. 20 il zaman baxımından qısa dövr olsa da, uğurların, Azərbaycanın təqdimatına edilən əlavələrin miqyasına və onların zirvəsində dayanan Zəfərimizə diqqət yetirdikdə böyük qürur hissi keçiririk. Çünki bu gün sözü imzası qədər dəyərli olan Ali Baş Komandan, Prezident İlham Əliyev cənablarının son 20 illik prezidentlik dövründə çoxəsrlik Azərbaycan tarixində xalqımıza Qarabağ Zəfərini bəxş edən, bizi qalib xalqa çevirən xalqın Prezidentin dediyi kimi: "Heç kim bizim iradəmizə təsir edə bilməz. Heç kim bizimlə ultimatum dili ilə danışa bilməz". Çünki Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sözü ilə əməli üst-üstə düşən, imzası qədər dəyərli olan qalib xplqın qalib Lideri nəyi, nə vaxt və necə etməyi özü bilir. Və dövlət başçımızın qətiyyətinə və prinsipiallığına inanan Azərbaycan xalqının böyük əksəriyyəti şübhə etmirdi ki, Ali Baş Komandan indiyədək bütün vədlərini yerinə yetirib, dediyi sözlərə əməl edib. Və 30 ilə yaxın işğal altında olan torpaqlarımızı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitlərin rəşadəti ilə əzad edildi, ərazi bütövlüyümüz bərpa olundu. Və bu gün işğaldan azad olunmuş torpaqlarda görülən uğurlu bərpa-quruculuq işləri göz önündədir. Artıq Xarıbülbül boynunu bükməyib. Qarabağın Azərbaycana məxsusluğunu mədəniyyət müstəvisində bəyan edən "Xarıbülbül" festivalı bərpa olunub. "Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur" deyən Ümummilli Lider Heydər Əliyevin vəsiyyətinə uyğun hakimiyyətdə olduğu 20 il ərzində, hər gün və hər saat Şuşa başda olmaqla işğalda olan bütün əraziləri azad etmək uğrunda mübarizə aparan Prezident İlham Əliyev cənablarının 2022-ci ilin "Şuşa İli" elan edilməsi haqqında Sərəncamı da məhz tarixi hadisədir. Qələbəmizdən ötən üç ilin hər ili, hər ayı, hər günü uğurlu, tarixi hadisələr kimi yadda qalır. Və bu gün xalqımız Ali Baş Komandanımız, Prezident İlham Əliyevin son 20 illik prezidentlik fəaliyyəti zamanı reallığa çevirdiyi bütün uğurların şahidləriyik. Belə ki, 2023-cü il, 15 oktyabr tarixində Ali Baş Komandanımız İlham Əliyev prezident vəzifəsinə seçilməsinin 20-ci ildönümündə oktyabrın 15-də tarixi torpaqlarımız olan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərində və Əsgəran qəsəbəsində müqəddəs üçrəngli bayrağımızı qaldırdığı şərəfli, tarixi gün cənab Prezidentin 20 illik gərgin fəaliyyətinin zəfər zirvəsi, xalqın öz Lideri ilə həmrəyliyinin, birliyinin təntənəsi olmaqla bir daha xalqına verdiyi bütün vədləri yerinə yetirmək iqtidarında olmasının hesabatı idi. Və son 20 ilin uğurları bir daha sübut etdi ki, onun sözü imzası qədər keçərlidir və nəyi, necə, nə vaxt etmək lazımdır yaxşı bilir. Xüsusilə də, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndidə üçrəngli bayrağımızı qaldırmaqla bir əsrlik saxtakarlığa son qoyulduğunu bütün dünyaya nümayiş etdirdi. 20 il öncə xalqımız etimad mandatı verərək özünə Prezident seçdiyi İlham Əliyevə inandı, güvəndi və səbirlə gözlədi. Azərbaycan Prezidenti də tam müstəqil siyasəti ilə 20 ildə Ermənistanı dünyada işğalçı dövlət kimi tanıda bildi. Məhz uzaqgörən Lider kimi Prezident İlham Əliyev ordumuzun gücünü gündən-günə artırdı. Ən müasir silahlar alındı, gənc nəslin vətənpərvərlik ruhunun yüksəlməsi istiqamətində çox mühüm işlər görüldü. Zaman yetişdi, Azərbaycanın səbir kasası daşdı və 2020-ci ildə Vətən müharibəsində İlham Əliyevin "Dəmir yumruq" əməliyyatı ilə cəmi 44 günə Ermənistan diz çökdürüldü. Xalqın yurd həsrətinə son qoyuldu. Dünya Azərbaycanın gücünə, qüdrətinə şahidlik etdi. Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdıqdan sonra çıxışı zamanı bildirdi ki, "bilirdik ki, biz buraya gələcəyik. Mən bunu bilirdim. Mən düz 20 il bundan əvvəl – 2003-cü il oktyabrın 15-də Azərbaycan xalqına və özümə o sözü vermişdim. Bəli, biz 20 il gözlədik, daha doğrusu 17 il".

PREZİDENT, ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEVİN STADİONDA TOPA İLK TOXUNUŞU BİR DAHA DÖVLƏT BAŞÇIMIZIN DÜNYAYA NÖVBƏTİ MESAJI

Məhz dekabrın 21- də xalqımız, eləcə də dünya ictimaiyyəti Prezident, Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, nəhayət diplmatik siyasətinin nəticəsində daha bir tarixi hadisənin şahidi oldu. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Xocavənd, Xocalı rayonlarına və Şuşaya səfərlərindən sonra Xankəndidə keçirilən "Qarabağ" və MOİK komandaları arasında Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyununu izlədilər. Prezident, Ali Baş Komandan İlham Əliyevin stadionda topa ilk toxunuşu bir daha dövlət başçımızın dünyaya növbəti mesajıdır. Çünki Qalib Liderimiz nəyi, necə, nə vaxt etmək lazımdır, bunu özü bilir. Və Prezident və Birinci xanımın birlikdə işğaldan azad edilmiş topaqlarımızı qarış-qarış gəzmələri, sürətlə davam etdirilən yenidənqurma, abadlıq və tikinti-bərpa işləri ilə şəxsən tanış olmaları, Xankəndi şəhər stadionunda Azərbaycanın futbol komandalarının yarışını azərbaycanlı azarkeşlərlə, o cümlədən şəhid övladları ilə birlikdə tam təhlükəsiz izləmələri, eyni zamanda, soydaşlarımızın ata- baba yurdlarına qayıtmaları dünyaya bir daha bəyan etdi ki, Qarabağ Azərbaycandır!

Prezident İlham Əliyev dekabrın 21-də futbol üzrə Azərbaycan Kubokunun səkkizdəbir final mərhələsində Ağdamın "Qarabağ" və Bakının MOİK komandaları arasında Xankəndi stadionunda keçirilən oyundan əvvəl çıxışında deyib ki dörd il bundan əvvəl bu stadionda bəziləri "Qarabağ Ermənistandır və nöqtə" demişdilər. Biz onlara sübut etdik ki, Qarabağ Azərbaycandır!

BUGÜNKÜ YARIŞ TARİXDƏ ƏBƏDİ QALACAQ, HƏM XALQIMIZ ÜÇÜN, DÖVLƏTİMİZ ÜÇÜN, DÜNYA ÜÇÜN…

Tarixi gün olan 21 dekabr Xankəndi stadionunda keçirilən Futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunu tarixdə əbədi qalacaqdır.Həmin görüşdə iştirak edən Prezident İlham Əliyev Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın "Qarabağ" və Bakının MOİK komandaları arasında keçirilən oyunun fasiləsində 2023-cü ilin idman yekunları ilə bağlı təşkil olunmuş mərasimdə idman ictimaiyyətinin təltif edilmiş nümayəndələri ilə görüşdə bildirib: "Yarışlar çox olub. Ancaq bugünkü yarış tarixdə əbədi qalacaq, həm xalqımız üçün, dövlətimiz üçün, dünya üçün... Biz tarix yazmışıq, yazırıq və bu gün dediyim kimi, Xankəndi cəmi üç ay bundan əvvəl azad edilmişdir, ancaq artıq Xankəndi - Azərbaycan şəhəri olan Xankəndi yaşayır və dirçəlir".

Qeyd edək ki, Azərbaycan Prezidenti həmişə olduğu kimi, bu il də idmançılarımızı sevindirib. Belə ki, dekabrın 20-də Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Ölkə başçısı bu yüksək mükafatların Xankəndidə verilməsinin tam ədalətli olduğunu bildirib. İşğal olunmuş torpaqların böyük hissəsinin üç il əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində azad edildiyini vurğulayan dövlətimizin başçısı bildirib ki, Qarabağın tacı olan Şuşa şəhərində Azərbaycan Bayrağı qaldırıldı. Üç ay bundan əvvəl - sentyabrın 19-20-də Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə rayonları da işğalçılardan azad edildi. Oktyabrın 15-də bütün bu şəhərlərdə Azərbaycan Bayrağını ucaltdım. Noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradı keçirildi. Bu gün isə bu gözəl idman bayramını biz birlikdə qeyd edirik. Bundan sonra bu torpaqlarda Azərbaycan Bayrağı əbədi dalğalanacaq. Biz azərbaycanlılar burada əbədi yaşayacağıq.

Və Xankəndi stadionunda keçirilən futbol oyunu dövlətimizin başçısının vurğuladığı kimi, "Oyunun nəticələrindən asılı olmayaraq qalib bəllidir. Qalib Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir. Bugünkü oyunda "Qarabağ" və Mərkəzi Ordu İdman Klubunun qarşılaşması təbii ki, böyük rəmzi məna daşıyır".

QARABAĞ-ORDU-XALQ BİRLİYİ BİZİM ZƏFƏRİMİZİN ƏSAS MƏNBƏYİDİR

"Bütün başqa şəhərlər kimi bu gün Ağdam şəhəri də yenidən qurulur. O cümlədən bir neçə aydan sonra Ağdam şəhərində "İmarət" stadionunun yenidən inşasına başlanılacaq". Bu fikri Prezident İlham Əliyev dekabrın 21-də futbol üzrə Azərbaycan Kubokunun səkkizdəbir final mərhələsində Ağdamın "Qarabağ" və Bakının MOİK komandaları arasında Xankəndi stadionunda keçirilən oyundan əvvəl çıxışında deyib.

"Bugünkü oyunun nəticələrindən asılı olmayaraq qalib bəllidir. Qalib Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir. Bugünkü oyunda "Qarabağ" və Mərkəzi Ordu İdman Klubunun qarşılaşması təbii ki, böyük rəmzi məna daşıyır. Qarabağ-Ordu-Xalq birliyi bizim Zəfərimizin əsas mənbəyidir", - dövlət başçısı vurğulayıb.

Bir sözlə, ötən 20 ildə Azərbaycan xalqı həmişə öz liderinə güvənib və inanıb, ona arxa və dayaq olub. Prezidentimiz həmişə böyük fəxrlə deyir ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Və bu gün qürurla deyə bilərik ki, Vətən müharibəsi günlərində Ordumuzun qüdrətini artıran xalq-ordu birliyi, "Dəmir yumruq" Azərbaycan xalqının birliyinin rəmzi, Zəfərimizin əsas mənbəyidir. Çünki bu Zəfərlər və nailiyyətlər Prezident, Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, nəhayət diplmatik siyasətinin reallığıdır. Və 2024-cü il fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində də öz Qalib Prezidenti ilə hər zaman birlik və həmrəylik nümayiş etdirən Qalib Azərbaycan xalqı bu seçkilərdə də öz rəhbərinin yanında olacaq, müdrik dövlət başçımızın xarici və daxili siyasətini, eləcə də bütün digər təşəbbüslərini ən fəal şəkildə dəstəkləklədiklərini ifadə edəcəklər.

ZƏRİFƏ QULİYEVA,

YAP Veteranlar Şurasının üzvü, "Modern İnkişaf və Ailə" İctimai Birliyinin sədri

Seçilən
267
3
sia.az

10Mənbələr