AZ

Rusiyada sahibsiz itlər uşağa hücüm etdi - ANBAAN VİDEO

Rusiyanın Novıy Urenqoy şəhərində sahibsiz it sürüsü 3-cü sinif şagirdinə hücum edib.

Aqressiv heyvanların hücumu müşahidə kameralarına düşüb.

Kadrlardan görünür ki, qız küçənin boş, işıqlı hissəsi ilə gedir, heyvanlara yaxınlaşmır və qəfil hərəkətlər etmir. Bir sürü it uşağa yaxınlaşaraq onu parçalamağa çalışıb. Heyvanlar məktəbli qızın paltarını cırıb və başqa bir şəhər sakini köməyə gələnə qədər onu saçından sürüyüblər.

Zərərçəkmiş çoxsaylı travmalarla xəstəxanaya yerləşdirilib, həkimlər onun vəziyyətini stabil olaraq qiymətləndiriblər.

Yerli İstintaq Komitəsi araşdırmaya başlayıb. Hücum edən heyvanların peyvənd edilmədiyi və qısırlaşdırılmadığı məlum olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
433
50
Mənbələr
Şərh ()
Bağla