AZ

Bakının mərkəzində kafe YANDI - VİDEO  

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsində yerləşən ictimai iaşə obyektində yanğın baş verməsi barədə məlumat daxil olub. 

Nazirlikdən Bizim.Media-ya verilən xəbərə görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub. 

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 250m² olan kafenin mətbəxində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. 

Yanğın nəticəsində mətbəxin taxtadan ibarət arakəsmə divarı və dekor 6m² sahədə yanıb, yüksək temperaturdan mətbəxin alçıpandan ibarət tavanı 4m² sahədə yararsız hala düşüb. 
Kafenin böyük hissəsi və mənzillər yanğından mühafizə olunub. 
 


Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
279
50
bizim.media

10Mənbələr