Ötən gün saxlanılaraq Bakıya gətirilən separatçı lider Araik Arutyunyanın necə tutulması ilə müxtəlif versiyalar səsləndirilir.
Yenicag.az xəbər verir ki, sosial şəbəkənin erməni seqmentində Araikin Xocalı hava limanında gizlənməsi və məhz burada ələ keçməsi haqda məlumatlar tirajlanır.
İddia edilir ki, Azərbaycan təhlükəsizlik qüvvələri Arutyunyanı hava limanının xüsusi hissəsində – gizləndiyi yerdə aşkar edərək saxlayıblar.
Onun burada qaçmaq planları qurduğu, lakin son anda ələ keçdiyi qeyd edilir./publika.az