AZ

Balotelli karyerasının ən pis baş məşqçisini açıqladı

Türkiyənin “Adana Demirspor” klubunda çıxış edən İtaliya millisinin sabiq futbolçusu Mario Balotelli karyerasının ən pis baş məşqçisini açıqlayıb.

Msport.az “Mirror TV Play”ə istinadən xəbər verir ki, 33 yaşlı hücumçu İngiltərənin “Liverpul” klubunda birgə işlədiyi Brendan Rocersi karyerasının ən pis mütəxəssisi adlandırıb.

“O, bəlkə də məşqdə, topa sahib olmada və ikili matçlarda bir nömrə idi. Amma insan olaraq sadəcə, bir fəlakətdir”.

Qeyd edək ki, Balotelli karyeraında İtaliyada “İnter”, “Milan”, İngiltərədə “Mançester Siti” kimi komandaların da formasını geyinib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
3
msport.az

6Mənbələr