AZ

İsmayıllıda meşəyə yaxın ərazidə yanğın olub

İsmayıllı rayonunun meşə ilə həmsərhəd qeyri-meşə fondu torpağında yanğın olub.

 

Senzor.az bildirir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

 

Meşələrin İnkişafı Xidmətinin rəisi Cabbar Qəribov bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin yerli qurumları, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və kənd sakinləri hadisə ilə əlaqədar əraziyə cəlb olunub: "Görülən tədbirlər nəticəsində yanğın söndürülüb və meşəyə keçməsinin qarşısı alınıb”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
467
25
senzor.az

10Mənbələr