AZ

İran “iPhone”un idxalına qoyulan qadağanı ləğv etdi

İran hakimiyyəti “iPhone” smartfonlarının idxalına qoyulan bütün məhdudiyyətləri aradan qaldırıb, onların ölkə daxilində idxalı və qeydiyyatı üçün yaxın vaxtlarda yeni mexanizm tətbiq olunacaq.

Qaziler.az xəbər verir ki, bu barədə İranın informasiya və kommunikasiya texnologiyaları naziri Səttar Haşimi məlumat verib.

“Bu gün biz Nazirlər Kabinetindən məhdudiyyətlərin aradan qaldırılması üçün hüquqi məsələlər üzrə vitse-prezidentin və ticarət, sənaye, yerin təkindən istifadə nazirinin köməkliyi ilə razılıq ala bildik. “iPhone”un idxalı ilə bağlı təfərrüatlar və qaydalar tezliklə açıqlanacaq”, - Haşimi “X” sosial şəbəkəsində yazıb.

Xatırladaq ki, mayın 30-da “Tasnim” agentliyi İran gömrüyünün bəyanatına istinadən xəbər verib ki, agentlik ölkəyə istənilən nəsil iPhone smartfonlarının idxalına qadağa tətbiq edib.

QAZİLER.AZ

Seçilən
0
5
qaziler.az

6Mənbələr