AZ

Sumqayıtda azyaşlı övladını dənizdə boğan ataya bu cəza verildi— TƏCİLİ

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində övladını öldürməkdə təqsirləndirilən Türkiyə vətəndaşına hökm oxunub.

Oxu24.com-un  məlumatına görə, Ahmet Turan Yeşil 20 il müddətinə azadlıqdan məhrum edilib.

 

Xatırladaq ki, bu il martın 31-də Sumqayıt şəhəri ərazisində dəniz sahilində uşaq meyitinin aşkar edilməsi barədə prokurorluğa məlumat daxil olub.

Araşdırmalarla 1984-cü il təvəllüdlü A.T.Yeşilin Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində azyaşlı övladını suda boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb, A.T.Yeşil prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

 

Yollar bağlanacaq— DİQQƏT!

Seçilən
0
24
oxu24.com

10Mənbələr