“Volkswagen” maliyyə məsələlərində çətinlik yaşadığından fabrikləri bağlayır və işçilərin maaşlarını azaldır.

İndex.az xəbər verir ki, bu maliyyə problemləri cari ilin 3-cü rübü üzrə açıqlanan hesabatda öz əksini tapıb.

Belə ki, Alman istehsalçısı üçüncü rübdə 78,5 milyard avro gəlirlə 2,86 milyard avro (3,1 milyard dollar) əməliyyat mənfəəti əldə edib.

Bu isə son 4 ilin ən aşağı göstəricisidir.

Bununla da, şirkətin əməliyyat mənfəət marjası 3,6%-ə düşüb.