AZ

Avtobus sürücüsü təhlükə yaratdı

Bakıda marşrut avtobusu təhlükəli manevrlər edərək sərnişinləri təşvişə salıb.

Musavat.com-a müraciət edən vətəndaşlar bildirirlər ki, bu gün səhər saatlarında 62 nömrəli avtobusun sürücüsü Ukrayna dairəsindən Məhəmməd Hadi küçəsinə dönərkən təhlükəli manevr edib, hətta dairə tərəfdən daayanacağa daxil olan avtobusla toqquşma təhlükəsi yaranıb.

Daha sonra eyni xətt üzrə hərəkət edən digər avtobusla sanki “yarışa” girib. Vətəndaşlar əlavə ediblər ki, avtobuslardan biri işıqforun qırmızı işığında hərəkəti davam etdirib.

Qeyd edək ki, sözügedən marşrut Sabunçu vağzalından Koroğlu istiqamətində hərəkət edir.

Nigar HƏSƏNLİ,
Musavat.com

Seçilən
12
27
musavat.com

10Mənbələr