“İsrail BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) pərdə arxasında rolunu oynayır və bu, Azərbaycan ilə İsrail arasında sıx əlaqələrə görədir”.
Missiya.Az xəbər verir ki, bunu İran parlamentinin deputatı Süməyyə Rəfii “Khabarfoori” saytına müsahibəsində deyib.
“COP29 üzdə ekoloji konvensiya olsa da, onun daxilində iqtisadi və tamamilə məhdudlaşdırıcı qərarlar qəbul edilir. Hazırda İran prezidenti Məsud Pezeşkianın bu konfransda iştirakı məqsədəuyğun deyil və yaxşı olar ki, toplantıya birinci vitse-prezidentin başçılıq etdiyi nümayəndə heyəti qatılsın”, - deyə siyasətçi vurğulayıb.
Onun sözlərinə görə, İrandan iştirak edən rəsmilər ətraf mühit məsələsini də əhatə edən bütün sanksiyaların, xüsusilə iqtisadi sanksiyaların ləğvində israr etməlidirlər.
Daşqın HəsənovMissiya.Az