AZ

Bakıda avtobus dəhşət yaşatdı

Bakının Binəqədi rayonunda dörd avtomobilin iştirakı ilə baş vermiş zəncirvari yol-nəqliyyat hadisəsində iki nəfər ölüb.

Publika.az report-a istinadən xəbər verir ki, sərnişin avtobusu hərəkətdə olarkən qarşıdan gələn "Opel" markalı avtomobillə toqquşub.

Zərbənin təsirindən minik avtomobili digər iki nəqliyyat vasitəsinə çırpılıb. "Opel"dəki iki nəfər - 39 yaşlı Afər Mirzəxan oğlu Əyyubov və onun yaşıdı Cavid Mahir oğlu Məmmədov hadisə yerində keçiniblər.

Meyitlər təcili tibbi yardım briqadalarının köməkliyi ilə aidiyyəti üzrə təhvil verilib.

Seçilən
2
15
publika.az

10Mənbələr