AZ

Bakıda şadlıq sarayından çıxan şəxsi avtomobil vurdu - VƏZİYYƏTİ AĞIRDIR

Bakının Nizami rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, qəza Mikayıl Əliyev küçəsində baş verib.

1985-ci il təvəllüdlü Sadiq Şakir oğlu Babayev şadlıq sarayından çıxaraq yolun əks tərəfinə keçmək istəyərkən onu nəqliyyat vasitəsi vurub.

Yaralı qapalı kəllə-beyin travması diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.

Faktı Nizami Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Bizim.Media 

Seçilən
3
7
bizim.media

8Mənbələr