1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Bakının Binəqədi rayonunda dörd avtomobilin iştirakı ilə baş vermiş zəncirvari yol-nəqliyyat hadisəsində iki nəfər ölüb.
"Report" xəbər verir ki, sərnişin avtobusu hərəkətdə olarkən qarşıdan gələn "Opel" markalı avtomobillə toqquşub.
Zərbənin təsirindən minik avtomobili digər iki nəqliyyat vasitəsinə çırpılıb. "Opel"dəki iki nəfər - 39 yaşlı Afər Mirzəxan oğlu Əyyubov və onun yaşıdı Cavid Mahir oğlu Məmmədov hadisə yerində keçiniblər.
Meyitlər təcili tibbi yardım briqadalarının köməkliyi ilə aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.