AZ

Ukrayna Silahlı Qüvvələri KXDR əsgərlərinin ola biləcəyi binalara zərbə endirib - "El Pais"

Ukrayna artilleriyaçıları artıq KXDR-dən olan hərbçilərin yerləşdiyi binalara bir neçə zərbə endiriblər. Bu, Kursk vilayətində baş verib.

Qaziler.az Ukrayna mətbuatına istinadən bildirir ki, bu barədə  “El Pais”ə istinadən Ukrayna Dövlət Sərhəd Xidmətinin nümayəndəsinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Şimali Koreya qoşunları Kursk vilayətində Rusiya ordusunun sayını 25% artıracaq.

“Ukrayna Baş Qərargahının hesablamalarına görə, Rusiya Kursk şəhərinin müdafiəsinə 40 min əsgər göndərib, Şimali Koreya əsgərləri Rusiya ordusunun sayını 25% artıracaq ki, bu da daha təcrübəli rus qoşunlarının digər cəbhənin istiqamətlərdə irəliləməsinə imkan verəcək”, - hesabatda deyilir.

Həmçinin KİV-lər öz mənbələrinə görə yazır ki, Kurskdakı rus döyüşçülərinin yarısı orduya yeni götürülənlərdir. Onların digər hərbi qulluqçularla müqayisədə təcrübəsi azdır. Ona görə də onları Şimali Koreya ordusu ilə gücləndirmək qərarına gəliblər.

Bundan əlavə, bildirilir ki, Baş Kəşfiyyat İdarəsi Kurskda rus ordusunun ələ keçirilmiş radio mesajlarını dərc edib və ondan məlum olub ki, Şimali Koreya əsgərləri Kurskda cəbhə xəttində döyüşən Rusiyanın 810-cu Dəniz Piyada Briqadasına qoşulmaq üçün mülki yük maşınları ilə daşınır.

QAZİLER.AZ

Seçilən
7
2
qaziler.az

3Mənbələr