AZ

Bu, Trampı öldürməyə çağırışdır - Kennedi

ABŞ-ın Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın faşizmdə ittiham edilməsi siyasətçinin həyatına sui-qəsdlərə səbəb ola bilər.
 
Axar.az xəbər verir ki, bunu ABŞ prezidentliyinə namizədliyini geri götürmüş kiçik Robert Kennedi deyib.
 
O qeyd edib ki, bu cür təxribatçı və təhlükəli müqayisələr Amerika cəmiyyətinə pis təsir edə bilər.
 
“Prezident olmaq üzrə olan siyasətçinin Hitlerlə müqayisəsi, sanki bu adamı vəzifəyə başlamazdan əvvəl öldürməyə çağırışdır”, - Kennedi vurğulayıb.
 
Qeyd edək ki, Ağ Evin mətbuat katibi Karin Jan-Pyer oktyabrın 23-də ABŞ Prezidenti Co Baydenin Trampı faşist hesab etdiyini açıqlamışdı.
Seçilən
1
6
moderator.az

7Mənbələr