AZ

Hərbi Prokurorluq orqanlarında qeydə alınmış ölüm cinayətləri 50 faiz azaldı

2023-cü ilin birinci yarısı ilə müqayisədə 2024-cü ilin eyni dövründə Azərbaycanın Hərbi Prokurorluq orqanlarında qeydə alınmış qəsdən adam öldürmə cinayətləri 50 faiz, özünü öldürmə hadisələri 80 faiz azalıb.

Gundem.az xəbər verir ki, bunu Baş prokurorun müavini - Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev Hərbi Prokurorluqda keçirilən əməliyyat müşavirəsində deyib.

X.Vəliyev vurğulayıb ki, 2023-cü ilin birinci yarısı ilə müqayisədə 2024-cü ilin eyni dövründə qəsdən adam öldürməyə cəhd cinayətləri isə ümumiyyətlə qeydə alınmayıb.

Seçilən
4
24
gundem.az

10Mənbələr