Xəzər rayonunun Türkan qəsəbəsində azyaşlı qıza cinsi qısnama xarakterli hərəkətlər edilib.
Publika.az, yetkinlik yaşına çatmayan bir qıza qarşı əxlaqsız hərəkətlərin edilməsi barədə polisə məlumat daxil olub.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.