AZ

Səhiyyə naziri “İqlim davamlılığı üçün insan inkişafı üzrə Bakı Təşəbbüsü”nü irəli sürüb

Bakı. Trend:

Azərbaycan COP29-un sədri qismində “İqlim davamlılığı üçün insaninkişafı üzrə Bakı Təşəbbüsü”nü irəli sürüb. Bu təşəbbüs təhsil,səhiyyə və məşğulluq sahələrində sektorlararası əməkdaşlığın dahada möhkəmlənməsinə və bir-birini tamamlanmasına yönəlib.

Trend xəbərverir ki, bu fikirləri Kopenhagendə keçirilən Ümumdünya SəhiyyəTəşkilatının Avropa Regional Komitəsinin 74-cü sessiyasınınaçılışında çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri,səhiyyə naziri Teymur Musayev səsləndirib.

Nazir çıxışında 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminəhəmrəylik ili” elan edildiyini xüsusilə vurğulayıb:

“Dövlət başçısının Sərəncamında qeyd olunur ki, AzərbaycanRespublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvükimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsiniverir. Azərbaycan həmişə “yaşıl” gündəliyə sadiq olub və bu ilinnoyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə KonvensiyasınınTərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsibunun əyani sübutudur”.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası builin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötənil dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbuledilib.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən YerSammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsininqarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference ofParties) abbreviaturası İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqanolan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cürrazılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilinmartında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Məqalədə:
Seçilən
15
1
az.trend.az

2Mənbələr