Yəmənin şimalında "Ənsar Allah” hərbi-siyasi hərəkatı pilotsuz uçuş aparatları ilə İsrailin Aşkelon şəhərindəki sənaye zonasına hücum etdiyini bildirib.
7News.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə husi silahlı qruplaşmasının yaydığı məlumatda deyilir.
"Hərbi əməliyyatların beşinci mərhələsi çərçivəsində Yəmən Hərbi Hava Qüvvələri Aşkelondakı sənaye zonasında əməliyyat keçirib. Hücum zamanı istifadə olunan bir neçə pilotsuz uçuş aparatı hədəfə çatıb”, - məlumatda bildirilir.