AZ

Azyaşlı uşaq anası sevgilisi ilə evdən qaçdı: “Başqa kişi ilə...”

Xaçmaz rayonunda 1996-cı il təvəllüdlü Rəvan qısqanclıq zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Baharı (adlar şərti verilib – red.) öldürməyə cəhd edib.

Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, hadisə Xaçmaz rayonunun kəndlərindən birində baş verib.

Rəvan kənd ərazisində yerləşən istirahət mərkəzlərindən birində, dördmərtəbəli kotecin arxasında qeyri-rəsmi nikah münasibətində olduğu arvadı Baharın yad kişi ilə ona xəyanət etməsi, 2023-cü ilin avqust ayının əvvəllərində azyaşlı övladı Cəmalə ilə evi tərk etməsi, artıq onu istəməməsi səbəbindən qısqanclıq zəminində yaranmış mübahisə zamanı onu öldürmək qərarına gəlib.

Bu niyyətlə Cəmalənin gözləri qarşısında cib bıçağı ilə arvadına ardıcıl bıçaq zərbələri vurub. Lakin ətrafda olan şəxslərin köməyi ilə Bahar Xaçmaz rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Həkimlər tərəfindən ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində onun həyatı xilas edilib.

Hadisəni törədən Rəvanın barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsualla adam öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.

“Psixoloji problemləri ilə əlaqəli olduğunu düşündüm”

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Rəvan ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, 4 avqust 2023-cü ildə anası ona zəng edib və həyat yoldaşı Baharın evdən getdiyini deyib:

“Evdən getməsini psixoloji problemləri ilə əlaqəli olduğunu düşündüm və onu 2-3 gün özüm axtardıqdan sonra polis şöbəsinə müraciət etdim. Bir neçə gün sonra polis şöbəsindən Baharın tapılması ilə bağlı məlumat gəldi. Öyrəndim ki, Bahar uşağı nənəsigilə qoyub qaçmaq istəyəndə evdəkilər onu görüb və getməsinə mane olublar.

Bahar uşağı mənə verdi və ayda 1-2 dəfə görməyə gələcəyini, özünün isə başqa yerdə yaşayacağını dedi. Baharın dayısına zəng edib olanlar barədə ona məlumat verdim. Bahar dayısının evində qalmağa başladı.

Uşağın məndə qalması üçün müvafiq rəsmiləşdirmə işlərini həyata keçirmək məqsədilə Baharla əlaqə saxladım, onun şəxsiyyətini təsdiq edən sənədi istədim. İki gün sonra isə üzbəüz görüşdük. Uşağın məndə qalacağı ilə bağlı qəti razılığa gəldik. Baharın dayısı buna etiraz edəndə uşağın məndə qalacağını, Baharın isə hara istəyirsə, gedə biləcəyini bildirdim.

Yaranmış mübahisə nəticəsində Bahara 4 bıçaq zərbəsi vurdüm. O, yerə yıxıldı, iki bıçaq zərbəsi də yerə yıxılandan sonra vurdum. Ardınca uşağı götürərək hadisə yerindən uzaqlaşdım”.

“Cəzalandırmaq istəmişəm”

Təqsirləndirilən şəxs bildirib ki, hadisə baş verən vaxtı uşaq iki yaşındaymış: “Mən gündəlik istifadə üçün üstümdə mütəmadi bıçaq gəzdirmişəm. Hadisə istirahət mərkəzinin arxa tərəfində baş verdi. Bahar ora gələndə uşağı da özü ilə gətirdi. Lakin mən anasını bıçaqlayanda uşaq onu görməyib.

Baharı bıçaqlamaqda məqsədim onu öldürmək deyildi. Mən bir anlıq əsəbləşdim və özümü idarə bilmədim.Əsəbləşdiyim üçün onu cəzalandırmaq istədim.

Hadisə vaxtı uşaq bizi görə bilməzdi. Çünki üzü bizə tərəfə olmayıb. Zərərçəkmiş şəxslə barışmışam, əməlimdən peşmanam”.

“Yerdə çabaladığını, qışqıraraq kömək çağırdığını gördüm”

Məhkəmədə təqsirləndirilən şəxsin verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı danışdığı ifadəsi arasında ziddyyətlər yaranıb. Bu səbəbdən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadəsini açıqlayıb.

Rəvan həmin ifadəsində göstərib ki, Baharın etdiyi haqsızlıq, xəyanət onu bir anlıq özündən çıxarıb: “Bir bəhanə taparaq yanımdan uzaqlaşmağa cəhd göstərirdi. O, Cəmalənin ağladığını bəhanə edərək uşaqla bir yerdə itlərin saxlanıldığı istiqamətdə getmək istədi. Mən əlimlə işarə edib bu tərəfdən getmək lazım olduğunu göstərdim.

Bahar çevrilərək yanımdan keçmək istəyəndə cibimdə daim gəzdirdiyim bıçağı çıxardım, onun sağ boyun, sağ qabırğa və qarın nahiyələrinə 5-6 zərbə vurdum. Bahar yerə yıxıldı. Cəmalə də yanmızda durmuşdu. Aramızda məsafə təxminən 1 metr olardı.

Baharı bıçaqladıqdan sonra onun yerdə çabaladığını, qışqıraraq kömək çağırdığını gördüm. Mən Cəmaləni qucağıma alaraq arxa yolla Xaçmaz-Xudat avtomobil yoluna çıxdım və yaşadığım kəndə doğru getməyə başladım”.

“Dərsini artıq vermişdim”

Təqsirləndirilən şəxs qeyd edib ki, Baharı bıçaqladıqdan sonra hirsi soyuyub: “Məni hirsim özümdən çıxardı və gözüm döndü. Buna görə bıçağın onun bədəninin hansı nahiyələrinə dəyəcəyini əvvəldən planlamadan necə gəldi vurdum. Hadisə zamanı Baharla mənim yanımda Cəmalədən başqa heç kim yox idi. Mən özüm xəsarət almadım.

Bahar uzanaraq çapalamağa, qışqırmağa başladı. Onu yenidən bıçaqla vurmaq niyyətim olmayıb. Yenidən vurmaq istəsəydim, bunu rahatlıqla edə bilərdim. Çünki mənə mane ola biləcək, əl-qolumu tuta biləcək kimsə yox idi. Vurduğum bıçaq zərbələri ilə kifayətləndim və onun dərsini artıq verdiyimi düşündüm. Buna görə də Baharı orada qoyaraq getdim.

Cəmalənin gözləri qarşısında Baharı bıçaqla vurmaqda ona və ya qızıma əzab-işgəncə vermək niyyətim olmayıb. Hadisə günü spirtli içki və ya narkotik vasitə qəbul etməmişəm”.

“Uşağın onda qalacağını dedim”

İş üzrə zərərçəkmiş qismində ifadə verən Baharın sözlərinə görə, Rəvanla aralarında yaranmış problemlərlə əlaqədar bir müddət ayrı yaşamaq istəyiblər: “Biz razılaşdıq ki, uşaq Rəvanda qalsın. Buna görə Rəvan vəkillə müqavilə bağladı, bir neçə dəfə hadisənin baş verdiyi yerdə, yəni istirahət mərkəzinin arxa tərəfində görüşdük. Uşağın Rəvanda qalması ilə bağlı qəti razılığa gəldik.

Sonuncu dəfə dayım mənə dedi ki, həmin yerə bir yerdə gedib uşağın məndə qalmasını istəyək. Mən isə Rəvanın əsəbi olduğunu, sonra görüşməyimizin daha məqbul olacağını dedim. Dayım mənimlə razılaşmadı və həmin yerə birlikdə getdik.

Orda üçümüz söhbət edəndə dayım uşağın 15 gün Rəvanda, 15 gün məndə qalmasını istədi. Rəvanın əsəbiləşdiyini görüb onu kənara çağırdım. Ona əsəbiləşməməyi, dayımla razı olmadığımı, yəni uşağın onda qalacağını dedim. Daha sonra irəli gedərək uşağı götürmək istədim, Rəvan məni bıçaqla vurdu.

Mən yerə yıxıldım, Rəvan məni yenə bıçaqla vurdu. Qışqıraraq kömək istəyəndən sonra Rəvan ordan uzaqlaşdı”.

“Adının hallanmayacağını dedim”

Seçilən
4
7
publika.az

8Mənbələr