İsrailin “Hizbullah” hərəkatına qarşı başlatdığı hərbi əməliyyatdan sonra 460 mindən çox şəxs Livanı tərk edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə BMT-nin Livandakı Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi məlumat yayıb.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və Suriya Qızıl Aypara Cəmiyyəti bildirib ki, sentyabrın 23-dən bəri Livandan Suriyaya 440 minə yaxın, İraqa isə 22 min insan gedib.