AZ

15 il sonra küsülü olduğu atasının səsini eşidib kövrəldi - VİDEO

Müğənni Leyla Rəhimova canlı yayımda kövrək anlar yaşayıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı 15 ildir küsülü olduğu musiqiçi atası Adil Rəhimovun səsini "7 Tamam" verilişində eşidib. Müğənninin valideyni səsyazısında qızı ilə bağlı bunları deyib:

"Mənim səhvim oldu ki, onu Rusiyaya getməyə qoydum. Səni çox istəyirəm. Məndən niyə qaçırsan? Sənə nə etmişəm? Hər işində, tədbirində mən iştirak etmişəm. Nə demisən, baş üstə demişəm. Sənin inkişafın naminə hər şey etmişəm. Mənim kimim var ki? İki qızım, bir oğlum var. Sənin boşanmağına qarşıyam. Ailəni dağıtmaq olmaz. Vaxt gələcək biz onsuz da görüşəcəyik".

Qeyd edək ki, Leyla Zaur Cəlil adlı şəxslə ailə qurduqdan sonra Amerikaya köçüb. Ötən il o, Bakıya qayıdıb. Zaur "Evliliyimizin yeddinci ilində ayrılmaq qərarına gəldik. Bu da son" deyə, paylaşım edib. Leyla bundan xəbərsiz olduğunu, ayrıldıqlarını sosial şəbəkədə oxuduğunu deyib. 

Leyla və Zaur 2016-cı ildə ailə qurub. Cütlüyün 3 övladı var.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
2
2
milli.az

3Mənbələr