AZ

“Turan Tovuz” “Sabah”a rəqib oldu

Futbol üzrə Azərbaycan kubokunda II təsnifat mərhələsinə start verilib. Msport.az xəbər ki, bu gün bir oyun keçirilib.

“Turan Tovuz” öz meydanında II Liqa təmsilçisi “Hypers Quba” ilə üz-üzə gəlib. Oyun Kurban Berdıyevin komandasının böyük hesablı qələbəsi ilə başa çatıb – 7:2.

Meydan sahiblərinin heyətində Ayxan Quseynov və Aleks Souza dubl edib. “Turan Tovuz” 1\8 finalda “Sabah”la qarşılaşacaq.

Mərhələnin digər görüşləri oktyabrın 29-31-də baş tutacaq.

Azərbaycan Kuboku
2-ci təsnifat mərhələsi

28 oktyabr

“Turan Tovuz” – “Hypers Quba” 7:2
Qollar: Ramil Əhmədov, 12-avtoqol. Ayxan Hüseynov, 17; 25.  Aleks Souza, 38; 39. Sadiq Quliyev, 56. Nahid Əliyev, 60 – İlqar Ələkbərov, 64, 68.
Hakimlər: Əkbər Əhmədov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Tovuz şəhər stadionu.

Seçilən
7
8
msport.az

10Mənbələr