"Maarifçi”ləri salamlayan nazir proqramın gənclərə böyük təcrübə qazanmaq imkanı yaratdığını deyib və bu təşəbbüsün mahiyyəti haqqında danışıb.O, bildirib ki, proqram iştirakçıları hazırda nazirliyin müxtəlif struktur bölmələrində təcrübə keçməklə iş prosesi ilə tanış olurlar və bu da onların peşəkar kadr kimi formalaşmalarında mühüm rol oynayır.
Görüşdə "Maarifçi”lər gənclərə belə bir fürsət yaradıldığı üçün təşəkkürlərini ifadə ediblər və proqramın üstünlüklərini vurğulayıblar.
Tədbirdə iştirakçıları maraqlandıran suallar da cavablandırılıb.
37 nəfər "Maarifçi” tələbə-məzun təcrübə proqramının II mərhələsində iştirak hüququ qazanıb. 3 ay davam edəcək proqram çərçivəsində iştirakçılar Elm və Təhsil Nazirliyi, həmçinin Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin müxtəlif struktur bölmələrində təcrübə keçəcəklər.
www.anews.az