AZ

Şəkidə 4-ü avtomat olmaqla 31 odlu silah müəyyən olunaraq götürülüb (FOTO)

Bakı. Trend:

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son 25gün ərzində keçirilən silsilə əməliyyat tədbirləri və aparılanprofilaktiki tədbirlər nəticəsində vətəndaşlardan qanunsuz olaraqsaxladıqları ümumilikdə 31 odlu silah aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regionalqrupundan Trend-ə verilən məlumata görə, həmin 31 odlu silahdan 4-ü“Kalaşnikov” markalı avtomat, 1-i “Makarov” markalı tapança, 2-si“TOZ” markalı yivli tüfəng, 24-ü isə müvafiq icazələri olmadansaxlanılan müxtəlif markalı ov tüfəngləri olub.

2023-cü il ərzində isə Şəki Şəhər Rayon Polis Şöbəsininəməkdaşları tərəfindən bu istiqamətdə keçirilmiş əməliyyat vəprofilaktiki tədbirlər nəticəsində 6-sı avtomat, 5-i tapança, 8-iyivli “TOZ” , 70-i isə müxtəlif markalı yivsiz tüfənglər olmaqlaümumilikdə 85 odlu silah müəyyən edilərək götürülüb.

Qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi vəgələcəkdə baş verə biləcək ağır cinayətlərin qarşısının alınmasıməqsədilə şöbə əməkdaşları tərəfindən zəruri bilinənəməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

Şəkidə
Şəkidə
Şəkidə
Şəkidə
Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
666
19
az.trend.az

10Mənbələr