Çinin cənubundakı Quançjou şəhərində dünyanın ilk uçan avtomobil zavodunun tikintisinə başlanılıb.
News24.az APA-ya istinadən bildirir ki, "XPeng Aeroht şirkətinin sifarişi ilə yaradılan istehsal bazası dünyada uçan avtomobillər üçün ilk kütləvi istehsal zavoduna çevriləcək", - məlumatda deyilir.
Layihənin istehsal gücü ildə 10 min ədəd olacaq.
Zavodun birinci mərhələsinin sahəsi 180 min kvadratmetr təşkil edəcək.