AZ

Bakı-Laçın-Bakı avtobusunun hərəkət istiqaməti dəyişdirilir

Oktyabrın 30-dan Bakı-Laçın-Bakı reysi üzrə müntəzəm sərnişindaşıma xidməti müvəqqəti olaraq digər Yevlax-Xocalı-Laçın yolu ilə təşkil olunacaq.

 

Senzor.az bildirir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

 

Məlumata görə, buna səbəb Xudafərin-Qubadlı-Laçın yolunun Həkəri çayının kənarı boyu müvəqqəti yol sahəsinin təqribən 15 km-lik hissəsində əlavə təmir işlərinin və yol sahəsi üzrə müəyyən konfiqurasiya dəyişikliyinin aparılması zərurətidir.

Seçilən
2
49
senzor.az

10Mənbələr