AZ

Sabah hava əsasən yağmursuz olacaq

Azərbaycanda oktyabrın 29-na gözlənilən hava proqnozu açıqlanıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə arabir duman olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 8-11°, gündüz 15-18° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi normadan yüksək - 766 millimetr civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 60-65 faiz təşkil edəcək.


Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi şərq rayonlarında az çiskinli olacağı proqnozlaşdırılır. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-8°, gündüz 14-19° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacaq.

Seçilən
2
49
ekologiya.az

10Mənbələr