AZ

Bakıda avtomobilinizin oğurlanmaması üçün: BUNU EDİN

Son zamanlar Bakıda avtomobil oğruları ilə bağlı müəyyən təlaş var.

Demək olar ki, hər ay belə xəbərlər sosial şəbəkələrdə yayılır. Məsələn, oktyabrın 25-də Nizami rayonu ərazisindən “VAZ-21011” markalı avtomobilin qaçırılması barədə 24-cü Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində avtomobil qısa müddətdə rayon ərazisində tapılıb.

Lakin avtomobildən 530 manat dəyərində təmir alətləri oğurlanıb.

Bu əməli törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluğa görə məhkum olunmuş 28 yaşlı İ.Bədəlov və bir yeniyetmə müəyyən olunaraq saxlanılıb.

Bu halların qarşısı necə alına bilər?

Məsələ ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov “Cebheinfo.az”-a açıqlamasında deyib ki, avtomobil oğurluğunun qarşısını almaq üçün müəyyən tədbirlər görülməlidir:

“Avtomobilin təhlükəsizliyini təmin etmək üçün öncə məkana diqqət etmək lazımdır. Yaşayış yerinə yaxın ərazi olarsa, daha təhlükəsiz ola bilər. Bundan əlavə, kamera nəzarəti olan ərazi olarsa, daha təhləkəsiz olar. Günün qaranlıq saatlarında avtomobili park edərkən oranın işıqlandırmasına diqqət etmək lazımdır. İşıqlandırılmış ərazi olduqda oğurluq riski daha aşağıdır. Eyni zamanda, avtomobilə “videoqeydiyyat” quraşdırılarsa, şübhəli şəxsi müəyyən etmək daha asan olur”.

O bildirib ki, avtomobili uzunmüddətli park edərkən ümumi gərginlikdın ayırmaq lazımdır:

“Avtomobili uzun müddət duracaqda və ya dayanacaqda park edirsinizsə, ümümi gərginlikdən ayırmaq lazımdır. Elə olan halda avtomobili oğurlamaq mümkun deyil. Bundan başqa avtomobilin içərisindən oğurluğun qarşısını almaq istəyirsinizsəçanta və digər əşyaları saxlamayın”.

Ekspert qeyd edib ki, oğurluq halı artıq olubsa, dərhal hüquq mühafizə orqanlarına, yəni “102” çağrı mərkəzinə müraciət etmək lazımdır.

Seçilən
5
1
turkustan.az

2Mənbələr