AZ

Meyiti aşkarlanan 21 yaşlı tələbənin FOTOSU

Oktyabrın 26-da Samur-Abşeron kanalının Siyəzən rayonunun Zarat kəndindən keçən hissəsində meyit tapılıb.

Demokrat.az qafqazinfo-ya istinadən xəbər verir ki, meyiti tapılan şəxsin 2003-cü il təvəllüdlü Şaiq Elçin oğlu Məmmədov olması müəyyən edilib. Siyəzən şəhər sakini olan gəncin Bədən Tərbiyəsi və İdman Akademiyasının 4-cü kurs tələbəsi olması məlum olub.

Hadisənin hansı səbəbdən və hansı şəraitdə baş verməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
5
17
demokrat.az

10Mənbələr