AZ

Azərbaycan Kubokunda II təsnifat mərhələsi bu gün başlayır

Bu gün futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinə start veriləcək.

“İki sahil” xəbər verir ki, ilk oyun günündə bir görüş keçiriləcək.

“Turan Tovuz” doğma meydanda II Liqa təmsilçisi “Hypers Guba” ilə üz-üzə gələcək.

Qarşılaşma Tovuz şəhər stadionunda, saat 20:00-da başlayacaq. Matçı Əkbər Əhmədovun başçılıq etdiyi hakimlər briqadası idarə edəcək. Cütün qalibi 1/8 finalda "Sabah"a rəqib olacaq.

Azərbaycan Kuboku

II təsnifat mərhələsi

28 oktyabr

20:00. “Turan Tovuz” – “Hypers Guba”
Hakimlər: Əkbər Əhmədov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Tovuz şəhər stadionu

Qeyd edək ki, II təsnifat mərhələsinin digər görüşləri oktyabrın 29-31-də gerçəkləşəcək.

Seçilən
0
5
ikisahil.az

10Mənbələr