AZ

Oğlunun özündən 10 yaş böyük yeni sevgilisini bəyənmir (FOTO)

Keçmiş müğənni, dizayner, məşhur futbolçu Devid Bekhemin xanımı Viktoriya Bekhem 19 yaşlı oğlu Kruzun yeni sevgilisini bəyənmir.

Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Ulduzlar dairəsindən olan insayder bildirib ki, Viktoriya Bekhem Kruzun özündən 10 yaş böyük Ceki Apostolla görüşməsini bəyənmir. Mənbənin sözlərinə görə, bu səbəbdən dizayner son bir neçə həftə ərzində çox pis əhval-ruhiyyədə olub.

"O, Kruzla heç bir problem istəmir, lakin onların yaş fərqi onu çox qorxudur", deyə mənbə bildirib.

Mənbə qeyd edib ki, Viktoriya və əri Devid Bekhem oğullarının Ceki Apostoldan tezliklə ayrılacağına inanırlar, ona görə də onlar müdaxilə etmək fikrində deyillər.

"Devidin fikrincə, hamı sakit olmalıdır. Görünür, Devid düşünür ki, bu romantika Kruiz üçün böyük təcrübə olacaq. Amma o, hesab edir ki, oğlanları gözəl yaşlı qadınla görüşmək arzusundadır”, deyə mənbə bildirib.

Keçən həftə 19 yaşlı Kruz Bekhem 29 yaşlı Ceki Apostolla "İnter Mayami" - "New England" futbol matçının keçirildiyi "Çeyz" stadionunda görüntülənib. Tədbirdə Viktoriya Bekhem və qızı Harper də olub. Onlar "İnter Mayami”nin sahibi olan Devid Bekhemi dəstəkləməyə gediblər. 

Aydın
Seçilən
10
qaynarinfo.az

1Mənbələr