AZ

Bu ölkədə bina çökdü; Ölən və yaralananlar var

İspaniyanın şimalında yerləşən Kantabriya muxtariyyətinin Santander şəhərində binanın çökməsi nəticəsində 1 nəfər ölüb, 10 nəfər isə yaralanıb.

Viral.az Avtosfer.az-a istinadla xəbər verir ki, hadisə şənbə günü səhər saatlarında baş verib. Qəzanın səbəbi hələlik məlum deyil. Yerli sakinlər hadisədən öncə partlayış səsi eşitdiklərini bildiriblər. Yerli “Diario Cantabria” onlayn nəşri binanın qaz balonunun partlaması nəticəsində çökdüyünü yazıb.

Yerli hakimiyyət orqanları hadisə ilə bağlı təhqiqata başlayıb.

Son Yazılar:

Faciənin səbəbləri araşdırılır.

Seçilən
17
9
viral.az

10Mənbələr