AZ

Gələcəyin müharibələri su uğrunda aparılacaq

Gələcəkdə insanlar nadir metal yataqları və su mənbələri uğrunda müharibələr aparacaqlar.

Bizim.Media Sputnik-ə istiandən xəbər verir ki, bu barədə İtaliya Müdafiə Nazirliyinin rəhbəri Quido Krozetto G7 ölkələrinin müdafiə nazirlərinin Neapol görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

O, qeyd edib ki, litium kimi yataqlar üzərində hərbi əməliyyatlar "yaxın bir neçə ildə" aparılacaq.

Bundan əlavə, müharibə su və elektrik enerjisi istehsalına görə baş verəcək.

İtaliya Müdafiə Nazirliyinin rəhbəri onu da əlavə edib ki, süni intellekt dünyanın idarə olunmasında böyük rol oynayacaq.

Bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban demişdi ki, Qərb siyasətçiləri 1990-cı illərdə olduğu kimi Rusiyanı onun resurslarına, aktivlərinə və pullarına çıxış əldə etmək üçün məğlub etmək istəyirlər.

Bizim.Media

Seçilən
4
5
bizim.media

6Mənbələr